Budanov etiraf etdi: Ukraynanı çətin dövr gözləyir

“Ukrayna yaxın gələcəkdə kifayət qədər çətin vəziyyətlə üzləşəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

Onun sözlərinə görə, gözlənilən çətinlik fəlakətli deyil və bunu başa düşmək lazımdır.

“May ayının ortalarından problemlər olacaq. Söhbət cəbhədən gedir. Ruslar inteqrasiya olunmuş yanaşmadan istifadə edəcəklər. Onlar mürəkkəb əməliyyat aparırlar. Bu barədə uzun müddət danışmayacağıq, amma çətin dövr olacaq”.

Budanov bildirib ki, Ukrayna Silahlı Qüvvələri 1991-ci il sərhədlərinə qovuşduqdan sonra müharibə başa çatacaq. Lakin sonra Rusiya ilə Ukrayna arasındavaxtaşırı  münaqişə yaşanacaq.  

“Bu müharibə  bitəcək. Amma Rusiya bununla da dayanmayacaq. Çünki onlar bizi məhv etmək istəyirlər. Ona görə də bu münaqişə səngisə də, yenidən alovlanacaq. Tariximizə baxın. Biz tarixin müəyyən dövrlərində mövcud olan Rusiya dövlətləri ilə ya sülh bağlamışıq, ya da döyüşmüşük. Ona görə də, gələcəkdə tarixin gedişatını dəyişdirə bilməyəcəyik”, – Budanov vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az