Bu yubiley ilində bir daha göstərdik ki… – Fazil Mustafa

“Böyük Quruluş Partiyasının (BQP) əziz, dəyərli üzvlərinin Ədliyyə Nazirliyində reyestri təsdiq olundu. Yola davam”.

Globalinfo.az xəbər verir ki, bu sözləri BQP-nin sədri, deputat Fazil Mustafa deyib.

O, bütün partiya üzvlərini və tərəfdarlarını təbrik edib:

“Bu ilin dekabr ayında partiyamızın yaranmasının 20 ili tamam olur. Bu yubiley ilində bir daha göstərdik ki, kiçik quruluşların əhatəsində böyük danışmadan böyük quruluşumuzu, faydalı kimliyimizi qoruduq, dövlətin və millətin maraqlarından kənar bircə addımımız və bircə düşüncəmiz olmadı. Duyduq, duymadıq deməyin: kimlər bizdən irəli şığıyıbsa, enində-sonunda durub bizi gözləyəcəklər. Kimlər geridə qalıbsa, bizə yetişməyə məcbur olacaqlar! Allah dövlətimizi və millətimizi qorusun!”.

Əliyar Xəlil
Globalinfo.az