1776959056 17769582421529541545 1200x630 27

Rahat və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə 28 aprel saat 00:00-dan etibarən Müzəffər Nərimanov küçəsindən Araz küçəsinədək olan hissədə (“Ulduz” metrostansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Globalinfo.az-a verilən məlumata görə, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərə hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunub.

Paylaş: