Bu yol buz bağladı: iki maşın toqquşdu – VİDEO

yol buz

Bakı-Şamaxı yolunun Mərəzə kəndi ərazisindən keçən hissəsində yol buz bağlayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, nəticədə idarəetməni itirən iki avtomobil toqquşub.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb ediliblər.

Hələlik qəza nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.