Bir çox ölkələrdə intihar hallarının qarşısını almaq üçün iş yerlərinə, məktəblərə bir neçə psixoloq təyin edirlər. Lakin bizdə nəinki iş yerləri, hətta bir çox məktəblərdə hələ də psixoloq yoxdur və ya kifayət qədər deyil.
Azərbaycanda da iş yerlərinə, məktəblərə xüsusi psixoloqlar ayrılmalıdırmı?
Mövzunu Globalinfo.az-a şərh edən psixoloq Nizami Orucov deyib ki, mütləq istər iş yerlərinə, istərsə də təhsil ocaqlarına psixoloq ayrılmalıdır.
Onun sözlərinə görə, psixoloq bir çox mənfi hallarda yaxşı təsir edə bilir:
“Günümüzdə insanlarda belə bir təsəvvür var ki, psixoloq fərdi təşkil edilməlidir və insanlar şəxsi olaraq psixoloqa getməlidirlər.
Nizami Orucov
Əlbəttə, bu da olmalıdır. Amma deyərdim ki, iş kollektivləri üçün bu, zəruri olmalıdır. Nəzərə alsaq, insanın təl gündəlik stress halı ilə müqayisədə iş mühitindəki gərginlik, enerji sərfi və stress halı daha çox ola bilir. Öhdəliklər, zamanlama, planlama, motivasiya, iş həyatında professionallığı qorumaq, depressiv halların qarşısının alınması və iş keyfiyyətinin artırılması və.s hallarında psixoloq müdaxiləsi şərtdir. Kollektivdə olan insanlar daim qarşılıqlı şəkildə təsirdə olurlar. Xaotik mühitdən qorunmaq və keyfiyyətli iş həyatının təmini üçün iş kollektivlərində, məktəblərdə də həmçinin psixoloji dəstək lazımdır”.
Zaira Akifqızı
Globalinfo.az