Bu yataqxanaların bərpası qeyri-mümkündür – Deputat

“Mingəçevirdə minlərlə ailənin yaşadığı 12 köhnə yataqxana var ki, onların bərpası qeyri-mümkündür”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə Milli Məclisin martın 15-də keçirilən plenar iclasında deyib.

Deputat sözügedən binaların sökülməli olduğunu bildirib:

“Mingəçevir ölkədə 4-cü sənaye şəhəridir və burada sənayenin bərpa edilməsi, eyni zamanda intellektual səviyyəsinin inkişafı üçün çox böyük işlər gröülür. Yeni sənaye mərkəzləri tikilir. Amma şəhərin bir problemi var. Şəhərdə minlərlə insanın yaşadığı 12 höhnə yatqxana binası var. Bu yataqxanaların vəziyyəti yaxşı deyil və bərpası qeyri-mümkündür. Onlar hazırda icra hakimiyyətinin nəzarətindədirlər. Bu yataqxanalarda yaşayan ailələrin yeni mənzil almaq imkanları yoxdur. Təklif edirəm ki, o yataqxanaların sökülüb yerində sosial evlərin tikilməsi ilə bağlı proqram hökumətdə qəbul edilsin. Yataqxanaların yerində yeni binalar, məktəblər, mərkəzlər tikmək olar”.

Ayşən Mustafa
Globalinfo.az