Əcnəbi diplomatların Bakıda izlədikləri VİDEO

Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə brifinqi zamanı 19 sentyabr lokal xarakterli antiterror tədbirlərini şərtləndirən amillərlə bağlı videogörüntülər diplomatik korpusun nümayəndələrinə nümayiş olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, həmin videolarda Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin mülki insanlara dronlardan istifadə qaydalarını öyrətməsi, Azərbaycanın mülki və hərbi infrastrukturunu necə hədəf aldıqları göstərilib.

XİN-in sözçüsü Ayxan Hacızadə bu faktların Azərbaycan ərazisində hücumların qarşısını almaq üçün antiterror tədbirlərinin vacibliyini bir daha göstərdiyini Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin diqqətinə çatdırıb.

Antiterror tədbirlərini şərtləndirən amillərlə bağlı videogörüntülər əcnəbi diplomatlara nümayiş olunub - FOTO - VİDEO Antiterror tədbirlərini şərtləndirən amillərlə bağlı videogörüntülər əcnəbi diplomatlara nümayiş olunub - FOTO - VİDEO Antiterror tədbirlərini şərtləndirən amillərlə bağlı videogörüntülər əcnəbi diplomatlara nümayiş olunub - FOTO - VİDEO