Bu vəzifə Afaq Bəşirqızına verilir? – Açıqlama

 Xəbər verdiyimiz kimi, Akademik Milli Dram Teatrının bədii rəhbəri, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov vəfat edib.

Globalinfo.az Manset.az-a istinadən xəbər verir ki, bir neçə gündür sosial şəbəkə istifadəçiləri Teatr Xadimləri İttifaqının sədrinin kim olacağı ilə bağlı müzakirələr aparır.

Onlar Xalq artisti Afaq Bəşirqızını həmin vəzifədə görmək istədiklərini bildiriblər.

Bununla bağlı Xalq artisti Afaq Bəşirqızı ilə əlaqə saxlanılıb. O, açıqlamasında qısa olaraq bunları deyib.

“Mənim hazırda vaxtım yoxdur. Bu barədə heç fikirləşməmişəm ki, mən Teatr Xadimləri İttifaqının sədri olum, ya olmayım”.