TV-lərdə rüsvayçı hallar: hansı tədbir görüləcək?

10 najboljih televizora do 2500 reala u 2023: TCL, LG i još mnogo toga!

Azərbaycan telekanallarında yayımlanan bəzi sosial verilişlərlə bağlı problemlər yenidən gündəmə gəlib. Orada ailə-məişət məsələləri haqda xoş olmayan məqamlar açıq şəkildə müzakirə olunur. Bununla bağlı nə kimi ciddi tədbirlər görülməlidir?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib ki, bu günlərdə Audiovizual Şura verilişlərin birində səslənən “cinayətkar” ifadəsinə görə qərar qəbul edib:

“Canlı efirlərdə səslənən bəzi fikirlər nəinki uşaqların, ümumiyyətlə, ailələrin mənəvi aləminə təsir göstərir. Bir çox hallarda aparıcılar canlı efirdə yetkinlik nümayiş etdirə bilmirlər, bəzən qonaqlar ədəb-ərkan dairəsindən çıxırlar. Hər halda jurnalistin peşəkarlığı olmalıdır ki, etik qaydalardan kənar ifadələrin istifadə edilməsinə yol verməsin”.

Rəşad Məcid

R.Məcid uşaqların təhlükəsizliyi ilə bağlı narazılıqların daha çox olduğunu bildirib:

“Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi tədbir keçirdi. Orada uşaq hüquqları haqda mediaya tövsiyələr təqdim olundu. Amma düşünürəm ki, bizim Audiovizual Şura atdığı addımları davam etdirməlidir, bu kimi hallara qarşı sərt münasibət göstərməlidir. Eyni zamanda şübhəsiz ki, burada ictimaiyyətin də reaksiyası rol oynamalıdır.

Mətbuat Şurası həm elektron məkanda, həm sosial mediada etik davranış qaydalarının pozulması hallarına rast gələrkən öz münasibətini bildirir və bundan sonra da bildirəcək. Lakin ictimai qınaq olmasa, hansısa uğur əldə etmək mümkün deyil”.

Zaira Akifqızı
Globalinfo.az