Bu universitetin mətbuat katibi istefa verdi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri istefa verib.

Globalinfo.az bildirir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, Nəcibə Mirzəyeva öz ərizəsi ilə universitetin mətbuat katibi vəzifəsindən ayrılıb.

Hələlik onun yerinə təyinat yoxdur.