Bu universitetin fəaliyyəti dayandırılır

Naxçıvan Universiteti fəaliyyətini dayandıracaq.

Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, Naxçıvan Universitetinin tələbələri bu tədris ilinin sonuna qədər təhsilini davam etdirəcək.

Məzunlar diplomlarını Naxçıvan Universitetinin məzunu olaraq alacaqlar.