Bu unikal avtomobillər Bakıdadır – FOTOLAR

Bakıda keçiriləcək FIA həftəsində Heydər Əliyev Mərkəzinin foyesində cəlbedici görünüşü, öz dövrünə görə unikal texniki göstəriciləri ilə fərqlənən avtomobillər sərgilənir.

Globalinfo.az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən təşkil olunan nümayişdə klassik və idman avtomobilləri yer alıblar.

Bunlar  “Lamborghini Huracan Sterrato”, “Legends Car” (“Ford Coupe” 34), “Ferrari SF90 Stradale”, “The Model T Ford Snowmobile”, “Auburn Speedster 866”, “Cadillac Model M”, “Packard 645 Dual Cowl Phaeton”, “Volkicar” avtomobilləridir.