6a807345c3c4e6a807345c3c4f17868030136a807345c3c4c6a807345c3c4d 3

Hörmüz boğazında gəmiyə edilən hücum nəticəsində yaranan neft çirklənməsi İranın Qəşm adasının sahillərinə çatıb”.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai “X” sosial şəbəkəsində bildirib.

Nazirlik rəsmisi Fars və Oman körfəzlərində neft sızmalarının vurduğu ümumi ziyanın trilyon dollarlarla ölçüldüyünü vurğulayıb:

“Bu insident Fars körfəzi və Oman dənizinin sularını, həmçinin regionun dəniz ekosistemini pisləşdirən, İranın sahilyanı ərazilərinə trilyonlarla dollar ziyan vuran miqyaslı çirklənmənin yalnız əyani nümunələrindən biridir. Hörmüz boğazında beynəlxalq dəniz daşımalarının bütün iştirakçıları ətraf mühitə dəyən ziyanın qarşısının alınması və aradan qaldırılması üçün hüquqi və mənəvi məsuliyyət daşıyırlar”.

Xatırladaq ki, ekoloji fəlakətə avqustun 3-də Oman körfəzində gəmiyə vurulan zərbə səbəb olub. Həmin vaxtdan bəri “Minoan Pioneer” tankerindən sızan yanacaq geniş əraziyə yayılıb.

Bundan əvvəl isə Omanın cənub sahillərində Rusiyanın “kölgə donanması”na aid edildiyi bildirilən “Caroline Bezengi” tankeri partlayışlardan sonra qorunan dəniz zonasında qayalıqlara çırpılıb və artıq bir neçə həftədir ki, Əl-Kibliya adası yaxınlığında neft sızdırmağa davam edir.

Paylaş: