Bu tələbələr təhsil haqqından azad edilsin – Deputatdan təklif

“Azərbaycanda Güneydən gələn soydaşlarımızın təhsil almasına şərait yaradılmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı martın 29-da keçirilən plenar iclasda deyib.

Deputat Güneydən olan tələbələrin də təhsil haqqında azad edilməsini təklif edib:

“Azərbaycan sərhədlərindən kənarda yaşayan soydaşlarımızın da problemlərini nəzərə almalıyıq. Qeyd edim ki, Güney Azərbaycandan gələn xeyli tələbə ölkəmizdə təhsil alır. Lakin ödəniş miqdarına görə onların bəziləri təhsillərini yarımçıq qoyurlar. Həmin tələbələrə ölkəmizdə müəyyən şərait yaradılmalıdır. Düşünürəm ki, milli maraqlarımızdan çıxış edərək onlar da təhsil haqqından azad edilənlərin kateqriyasına daxil edilməlidir”.

Deputat digər Türk ölkələrindən olan tələbələrin Azərbaycanda təhsil almasına şərait yaradılmalı olduğunu qeyd edib:

“Vaxtı ilə repressiya qurbanı olmuş və Orta Asiyaya sügün edilmiş azərbaycanlı ailələr var. Onların da Azərbaycanda gəlib təhsil almaları, məskunlaşmaları çox ciddi problemdir. Vətəndaş buradan sürgün olub, indi gəlib atalarının, babalarının yerində yaşaya bilmir.

Həmçinin Türkiyədə digər Türk dövlərlərindən gələn tələbələrin təhsil almasına şərait yaradan, güzəştlər müəyyənləşdirən qurum var. Bizim bəlkə dən buna imkanımız çox çatmaz. Lakin bizdə də ilk növbədə Türk dünyası ölkələrindən gələn tələbələrə şərait yaradılmalıdır”.

Ayşən Mustafa
Globalinfo.az