Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Srebrenitsa soyqırımında həyatını itirənlərin xatirəsini yad edib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Tarixin ən qəddar soyqırımlarından biri olan Srebrenitsanın 31-ci ildönümündə qətlə yetirilən bütün bosniyalı qardaş və bacılarımızı hüzn və kədərlə yad edirəm. Şəhidlərimizin müqəddəs xatirəsini hörmətlə yad edir, ailələrinə və yaxınlarına başsağlığı verir və səbrli olmalarını diləyirəm. Srebrenitsanı heç vaxt unutmayacağıq”, – Ərdoğan qeyd edib.