4771f9ae 88aa 36aa b40b 54a666654040 850

Rusiya və Belarus dekabrda təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayacaq.

Globalinfo.az xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov deyib.

O, ikitərəfli əlaqələrin rekord səviyyədə olduğunu qeyd edib.

“Biz Rusiya ilə təhlükəsizlik zəmanətləri haqqında dövlətlərarası saziş imzalamağı planlaşdırırıq. Bu saziş nüvə və adi silahlardan istifadə zamanı hər iki ölkəni qorumağı özündə ehtiva edir. Hazırda Rusiya və Belarus arasında ikitərəfli əlaqələr öz səmərəliliyi ilə diqqət çəkir”, – deyə Rıjenkov vurğulayıb.

Müşviq tofiqoğlu
Globalinfo.az

Paylaş: