“Bizim niyyətimiz hansısa müəllimin maaşını kəsmək deyil. Müəllimin təhsili orta ixtisas təhsilidirsə, ona uyğun əməkhaqqı alacaq”.
Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, tərbiyəçi müəllimlərin əməkhaqlarının diplomlara uyğunlaşdırılması həyata keçirilir:
“İxtisasartırma və yenidən hazırlanmaq nəzərə alınmaqla əməkhaqqı artımına baxıla bilər”.
Nazir bildirib ki, qanunvericiliyə dəyişiklik təsdiqlənsə, bağçalarda çalışan 17 mindən çox pedoqoji heyətin sertifikasiyadan keçməsi nəzərdə tutulur.
Zaira Akifqızı
Globalinfo.az