Sabahdan gəlirləri rəsmiləşdirilməyən vergi ödəyicilərinə vergi yeni qaydada hesablanacaq.
Globalinfo.az bildirir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabel nəzərə alınmaqla hesablanacaq.