Bu şəxslərə 256 manat verilməlidir, amma çoxu bilmir – Ekspert

“Tələbələr üçün gözəl bir qərar var, amma bunu bəzi universitetlər tətbiq etmir. Valideyn himayəsindən məhrum olan və ya valideynini itirmiş tələbələrə, təhsil aldığı müəssisə təhsil aldığı müddətdə ya 50 manat verməli, yaxud dərslik və dərs ləvazimatlarını almalıdır”.

Bunu Globalinfo.az-a açıqlamasında ixtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev deyib.

O həmin tələbələr üçün güzəştlərin bununla bitmədiyini söyləyib:

“Bundan başqa, 265 manat məbləğində mövsümi paltar və ayaqqabı, habelə orta aylıq əməkhaqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti verilməlidir. Onlar həmçinin Dövlət Sosial Müdafiə Fondundan da yenə paltar, yumşaq geyim və ya 265 manat pul, habelə orta aylıq əməkhaqqının 5 misli miqdarında müavinət ala bilərlər.

Mən bəzi tələbələrdən maraqlandım, bu barədə onlara heç bir məlumatın verilmədiyini bildirlər. Halbuki bundan yararlanmaq onların haqqıdır. Çünki dövlət o kateqoriyadan olan tələbələr üçün sözügedən güzəştləri nəzərə alıb və məbləğ də kifayət qədərə böyükdür. Həmçinin bu, sadəcə universitetlər üçün deyil, peşə məktəbləri, kolleclər, yəni bütün təhsil səviyyələri üçün də keçərlidir”.

Ayşən Mustafa
Globalinfo.az