Bakı Metropolitenində müəyyən ölçüdə böyük əl yükləri ilə səyahət edən sərnişinlər üçün əlavə ödənişin nəzərdə tutulması barədə qərar yeni deyil.
Globalinfo.az bildirir ki, bunu Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
“Bu qayda Nazirlər Kabinetinin 2010-cu ildə təsdiq etdiyi “Bakı Metropolitenindən istifadə qaydaları” haqda qanunun maddələrindən biridir.
Həmin maddə belədir:
“Sərnişinlər uzunluq, en və hündürlük, ölçülərinin cəmi 121 sm-dən 200 sm-ə qədər olan hər bir əl yükü üçün, eləcə də uzunluğu 151 sm-dən 220 sm-ə qədər olan uzun ölçülü hər bir əl yükü üçün gediş haqqı ödəməlidirlər”, – Məmmədov bildirib.
Qeyd edək ki, bəzi saytlar Bakı Metropolitenində müəyyən ölçüdən böyük əl yükləri ilə səyahət edən sərnişinlər üçün əlavə ödənişin nəzərdə tutulması ilə bağlı məlumatı yeni qərar kimi təqdim edib.
***12:16
Bakı Metropolitenində müəyyən ölçüdən böyük əl yükləri ilə səyahət edən sərnişinlər üçün əlavə ödəniş nəzərdə tutulur.
Globalinfo.az metbuat.az -a istinadən xəbər verir ki, bu qayda Nazirlər Kabinetinin qərarına əsaslanır.
Qaydalara görə, ölçülərinin cəmi 121 santimetrdən 200 santimetrə qədər olan əl yükləri, eləcə də yalnız uzunluğu 151 santimetrdən 220 santimetrədək olan uzun əşyalar metroda daşına bilər, lakin bu halda əlavə gediş haqqı ödənilməlidir. Göstərilən hədlərdən artıq ölçüyə malik əşyaların isə metroya gətirilməsinə icazə verilmir.
Qeyd edək ki, gündəlik istifadə üçün nəzərdə tutulan kiçik çantalar və normal ölçülü əl yükləri üçün əlavə ödəniş tələb olunmur.