Bu gündən etibarən Ermənistan və İran arasındakı dövlət sərhədində yerləşən “Aqarak” sərhəd-keçid məntəqəsində sərhəd nəzarətini yalnız Ermənistan Respublikasının sərhəd qoşunları həyata keçirəcək.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan, uzun illər ərzində sərhəddə xidmət göstərmiş Rusiya sərhədçilərinə təşəkkür edib və Ermənistan sərhədçilərinə uğurlar arzulayıb.