Bu şəhərdə Rusiyanın müdafiə xətti yarıldı

Ukrayna Silahlı Qüvvələrinin Melitopol istiqamətində əks-hücum əməliyyatı davam edir. Hərbçilərimiz Zaporojye vilayətinin Verbovo şəhərində Rusiya müdafiə xəttini yarıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Tavriya Qrupunun komandanı general Aleksandr Tarnavski deyib.

Tarnavskinin sözlərinə görə, Ukrayna ordusu sol cinahda irəliləməyə davam edir.