Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun ölkəmizdəki dördillik diplomatik fəaliyyəti bu gün başa çatıb.
Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, Avstriyanın Azərbaycandakı səfiri missiyasını bundan sonra Etyen Bertxold icra edəcək.
Onun avqustun sonunda Bakıya gələrək diplomatik missiyanın rəhbəri kimi fəaliyyətə başlaması gözlənilir. Berxtold bundan əvvəl 2022-ci ilin avqustundan Avstriyanın Birləşmiş Ərəb Əmirliklərində səfiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Tomas Şuller-Qötzburq 2022-ci ilin iyulundan Avstriyanın Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edib. Diplomat Azərbaycanda fəaliyyəti dövründə iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafı ilə bağlı müxtəlif təşəbbüslərdə iştirak edib.
Şuller-Qötzburq diplomatik fəaliyyəti müddətində Azərbaycan mediasına da müsahibələr verib. O, sonuncu dəfə Modern.az-a geniş müsahibəsində Azərbaycan-Avstriya münasibətləri, regional proseslər, Avropanın Cənubi Qafqaz siyasəti və iki ölkə arasında əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.