Ötən ilin sentyabrında Azərbaycan suverenliyini tam bərpa etdi. Sürətli və uğurlu tədbirlər həyata keçirməklə Azərbaycan özünün ərazi bütövlüyünə qarşı davamlı təhlükə yaradan amilləri aradan qaldırdı. Sözsüz, bu amil Azərbaycanda keçiriləcək parlament seçkilərinin də əhəmiyyətini çox yüksəltdi.
Globalinfo.az xəbər verir ki, bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Metyu Brayza deyib.