Ukrayna müharibəsi Krım yarımadasına görə onillərlə davam edə bilər. Tərəflərdən heç biri yarımadanı güzəştə getmək istəmir və bu da dinc yolla nizamlamanı mümkünsüz edir.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Vaşinqton Post” qəzeti çıxış edib.
Qəzet yarımadaya sahiblənmənin qan axıdılmadan mümkün olacağına inanmadığını yazıb. Bununla belə, yarımadada döyüş fəaliyyətlərinin Qarabağ və ya Qəzza sektorundakı savaşa bənzəyəcəyi vurğulanıb.
Qərbdə bəzi rəsmi şəxslərin Krımın statusunun müharibənin dayandırılmasında açar rolunu oynayacağına ümid etdiyi də məqalədə qeyd edilib. Lakin onları qorxudan əsas məqamın Putinin qəti addımlara getməyi, hətta nüvə silahından istifadə etmək ehtimalı olduğu bildirilib.
İlkin
Globalinfo.az