489360

“Moldovada sentyabrın 28-də keçirilən parlament seçkiləri görünməmiş dərəcədə çirkli və ucuz şoudur”. 

Globalinfo.az xəbər verir ki, bunu Rusiya XİN rəsmisi Mariya Zaxarova yazıb.

O bildirib ki, seçki kampaniyası zamanı hakimiyyət inzibati və təhlükəsizlik resurslarından, qeyri-qanuni mexanizmlərdən, hədə və şantajdan geniş istifadə edib.

Onun sözlərinə görə, müxalifət partiyaları kütləvi şəkildə yarışdan çıxarılıb, əleyhdarlara qarşı cinayət işləri açılıb.

Rusiya XİN həmçinin müşahidəçilərin qeydə aldığı çoxsaylı pozuntuları qeyd edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: