“Bu, Rusiyanın məğlubiyyəti kimi qəbul olunacaq” – Markedonov

“Çoxları üçün Rus sülhməramlılarının Qarabağdan çıxması məğlubiyyət kimi qəbul ediləcək”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

“Rusiyanın Türkiyə və Azərbaycandan asılılığı xeyli artıb. Ermənistan rəhbərliyi müəyyən dəyişiklikləri hiss edərək ikimənalı nəticəyə gəlib. Birincisi Rusiyadan uzaqlaşmaq zərurətidir. ikincisi isə ABŞ, Fransa və bütövlükdə Aİ-nin zəmanətləri ilə Qarabağ “yükündən” imtina etməkdir. Bütün bunlar isə Ankara və Bakının qarşılıqlı əlaqəsi fonunda baş verib. Nəticədə Qafqazda vəziyyət kökündən dəyişib və Rusiya sülhməramlılarının Qarabağda qalma zərurəti sual altında qalıb. Bəli, çoxları üçün rusların getməsi məğlubiyyət kimi qəbul ediləcək. Lakin sülhməramlılardan sonra bəzi digər birləşmələr də çıxarılsa belə, Rusiyanın Qafqazdakı mövcudluğunun tarixi bitmir”, – deyə Markedonov vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az