Bu rektorlar universitet əməkdaşlarını belə sevindirdi

Azərbaycan Memarlıq və İnşaat Universiteti və Dövlət İqtisad Universitetinin bütün əməkdaşlarına yeni il münasibətilə pul mükafatları veriləcək.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunun bağlı universitetlərin rektorları müvafiq əmr imzalayıb.

Belə ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova yeni il münasibətilə universitetin bütün əməkdaşlarına maaşları qədər pul mükafatının verilməsi haqda əmr imzalayıb.

İqtisad Universitetinin rektoru Ədalət Muradovun imzaladığı əmrlə isə, universitetin bütün əməkdaşlarına yeni il münasibətilə 200 manat məbləğində pul mükafatı təqdim edilib.