Bu rayona yeni polis rəisi təyin edildi

Lerik Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ayaz Cəfərov vəzifədən azad edilib.

Globalinfo.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə Yasamal Rayon Polis İdarəsinin rəisinin əməliyyat üzrə müavini, polis polkovniki Ramil Mustafayev vəzifədən azad edilərək Lerikə rəis göndərilib.