Bu qida qadınlarda qocalmanı ləngidir

Mütəxəssislər qadınlarda qocalmanı ləngidən məhsulu açıqlayıb.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, həkimlərin fikrincə, gənc qalmaq üçün bədəninizi likopenlə doyurmalısınız.

Likopen qocalmanın qarşısını alan və insan ömrünün uzun olmasına faydalı təsir göstərən karotenoidlər qrupundan olan piqmentdir. Bu komponent dəriyə qulluq məhsullarında var, çünki hüceyrələrin qocalma prosesini effektiv şəkildə ləngidir.

Likopenlə zəngin bir məhsul pomidordur. Pomidora qırmızı rəngi verən budur. Bununla belə, likopen istehlakının maksimum effektivliyi üçün pomidorları qızdırmaq lazımdır.

Mütəxəssislər pomidorları zeytun yağı ilə tavada qızdırmağı tövsiyə edir. Məhz bu şəkildə orqanizm tərəfindən ən yaxşı mənimsənilən likopenin maksimum miqdarı saxlanılır.

Bundan əlavə, qocalmaya qarşı mübarizəni dəstəkləmək üçün pəhrizinizə pomidor şorbasını daxil edə bilərsiniz. Qeyd etmək vacibdir ki, likopen qarpız, çəhrayı qreypfrutda da var.