Bu qadın 50 ildir ancaq su ilə yaşayır

Vyetnamlı bir qadın 50 ildir ki, su və sərinləşdirici içkilərlə yaşayır.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, 75 yaşlı qadın bununla özünü daha yaxşı və rahat hiss etdiyini açıqlayıb.

Məlumata görə, 1963-cü ildə dağa qalxarkən onu ildırım vurub. Bundan sonra isə qadın pəhrizinə riayət etməyə başlayıb. Çünki həmin hadisədən sonra huşunu itirən qadın, oyanan zaman heç bir şey yeyə bilməyib. O, ancaq şirin su içərək həyata tutunmağa çalışıb.