karapetyan

Ermənistanda arzuolunmaz təşkilat elan edilən rusdilli nəşr ölkəyə guya “Rusiya agentləri”nin göndərilməsi ilə bağlı məqalə yayımlayıb. “Güclü Ermənistan” blokunun lideri, iş adamı Samvel Karapetyan isə “The Insider” nəşrində onun guya FTX ilə əlaqələri barədə yayılan məlumatları ciddi qəbul etmədiyini deyib.

Globalinfo.az bildirir ki, o, məhkəmə binası qarşısında jurnalistlərə açıqlamasında deyib:

“Bu yazı Nikol Paşinyanın əl işidir. Belə məsələlərə diqqət yetirməyin”.

Bundan əvvəl Rusiyada arzuolunmaz təşkilat kimi tanınan rusdilli nəşr Ermənistana guya Rusiya agentlərinin göndərildiyi barədə material dərc etmişdi. Məqalədə iddia olunurdu ki, məqsəd Nikol Paşinyanın və onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının iyunda keçiriləcək parlament seçkilərində qələbəsinin qarşısını almaqdır.

Yazıda həmçinin qeyd olunub ki, Samvel Karapetyan 1999-cu ildə Kaluqada xarici pasport alarkən onun sənədindəki “iş yeri” bölməsində “FTX İnformasiya Mərkəzi” yazılıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: