Bu partiyalar YAP-a birləşmək üçün müraciət etdi – ADLAR

“Siyasi partiyalar haqqında” yeni Qanunun təsdiqlənməsindən sonra ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyalar hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşmək qərarı verib.

Globalinfo.az bildirir ki, həmin partiyaların bu addımı yenidən qeydiyyat problemi ilə bağlıdır.

“Siyasi partiyalar haqqında” yeni Qanunda partiyaların qeydiyyata alınması üçün ən azı 5000 üzv tələb edilir. Həmin partiyalar isə bu tələb cavab vermir. Baxmayaraq ki, partiyalara yeni qanuna uyğunlaşmaq üçün 6 ay vaxt verilib, YAP-a birləşmək istəyən təşkilatlar bu müddət ərzində də 5000 üzv toplaya bilməyəcəklərini düşünür.

YAP-a birləşmək istəyən partiyalar arasında Sosial Rifah Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal- Demokrat Partiyası və bu kimi partiyaların adı çəkilir.

Məlumat üçün deyək ki, adıçəkilən partiyalar uzun müddətdir ki, fəaliyyət göstərir və hakimiyyətə yaxın siyasi təsisatlar hesab olunurlar.