Bu partiya da seçkilərə qatılmayacaq – QƏRAR

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) fevralın 7-də keçirəcək növbədənkənar prezident seçkilərində iştirak etməyəcək.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə qərar partiyanın dünən keçirilən qurultayında qəbul edilib.

Partiya məclisi seçkidə iştirak etməmək barədə qərar qəbul edib və qurultayda həmin qərar təsdiqlənib.

Qurultay zamanı partiyanın nizamnaməsində bir sıra dəyişikliklər edilib.

Qeyd edək ki, seçkilərdə 7 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Daha 8 nəfərin namizədliyinin irəli sürülməsi müzakirə ediləcək.