Bu, Paris Sazişinin məqsədlərinə nail olmağın ən vacib amilidir – Yalçın Rəfiyev

yalcen

İqlim maliyyəsi Paris Sazişinin məqsədlərinə, o cümlədən istixana qazı emissiyalarının azaldılmasına nail olmaq üçün ən vacib amildir.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev bildirib.

“Bu günlərdə tez-tez baş verən iqlim fəlakətləri iqlim tədbirlərinin təxirəsalınmazlığını vurğulayır. COP29 – iqlim böhranı ilə mübarizədə birləşmək bacarığımızı bütün dünyaya nümayiş etdirmək imkanımızdır”, – o qeyd edib.