stiv uitkoff 900x506 1

Ukrayna sülh içində yaşamalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff deyib.

“Ukrayna xalqı sülh içində yaşaya biləcəklərinə inanmayana qədər heç bir razılaşma olmayacaq. Son nəticəmiz sülh olmalıdır. Bunun üçün ABŞ və Avropadan ciddi təhlükəsizlik protokolları tələb olunacaq”, – deyə o bildirib.

Donald Trampın sözçüsü əmin edib ki, bununla bağlı işlər davam edir.

Xatırladaq ki, 17-18 fevral tarixlərində Cenevrədə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar aparılıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: