2023 04 24 10 33 30G2D0KtigN5bnBjDeARZ4 file 2

Avropa Yayım Birliyi İsrailin 2026-cı ildə “Avroviziya” mahnı müsabiqəsində iştirakına icazə vermək qərarına gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə qərar 4 dekabr 2025-ci il tarixində keçirilən ümumi yığıncaqda keçirilən səsvermədən sonra qəbul olunub.

Bu qərar bir sıra ölkələr, o cümlədən İspaniya, Niderland, İrlandiya, Sloveniya tərəfindən birmənalı olaraq qarşılanmayıb. Sözügedən ölkələr İsrailin iştirak edəcəyi təqdirdə 2026-cı keçiriləcək “Avroviziya” mahnı müsabiqəsindən imtina edəcəklərini açıqlayıblar.

Paylaş: