Bu ölkənin iki şəhərində silah dolu quyu və anbar aşkar edilib

AA 20250323 37428722 37428712 HUMUS VE LAZKIYEDE GIZLENMIS SILAH DEPOSU BULUNDU scaled
Suriyanın Xüms və Latakiya şəhərlərində müxtəlif silah və sursatlar ələ keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi “SANA” Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Ümumi Təhlükəsizlik İdarəsi tərəfindən həyata keçirilən əməliyyat çərçivəsində Xümsün kəndlərindən biri olan Mudabi kəndində tərk edilmiş su quyusuna gizlədilmiş silah və sursat tapılıb.

Bundan əlavə, xəbərdə qeyd olunur ki, Latakiyanın Kırdaha bölgəsində tərk edilmiş bir anbar da müxtəlif növ silah və sursatlarla ələ keçirilib.
Əldə olunan silahlar araşdırılır və hüquqi tədbirlərə başlanılıb.

Aysel Əliyeva
Globalinfo.az