Bu, ölkədən xaricə valyuta çıxmasının qarşısını alır – Açıqlama

pul

“İndiyə qədər Gəncə Cihazqayırma Zavodunun istehsal etdiyi və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin tətbiq etdiyi qaz sayğaclarında heç bir ciddi problem yaşanmayıb”.

Globalinfo.az xəbər verir ki, bu sözlərk “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev jurnalistlərə açıqlamasında deyib.

O, təbii olaraq xırda istisnaların hər zaman mövcud olduğunu bildirib: “Biz “Azəriqaz” İstehsalat Birliyi olaraq Gəncə Cihazqayırma Zavodunun istehsal etdiyi məshullarla bağlı hələ heç bir ciddi problem yaşamamışıq. Ümid edirik ki, bundan sonra da problem yaşamarıq”.

O qeyd edib ki, bu günə qədər Gəncə Cihazqayırma Zavodunun istehsal etdiyi 500 minə yaxın qaz sayacı və 300-ə yaxın ölçü qovşağı “Azəriqaz”a təhvil verilib və İstehsal Birliyi tərəfindən tətbiq edilir:

“Artıq Bakı və Abşeron da daxil olmaqla, Azərbaycanın istənilən regionunda Gəncə Cihazqayırma Zavodunun sayğacları tətbiq olunur. Bu zavodda beynəlxalq standartlara uyğun məhsullar istehsal olunur. Ölkədə qaz sayğaclarına tələbatın artmasını nəzərə alaraq, Gəncə Cihazqayırma Zavodu istehsal gücünün gələcəkdə artırması məsələsi gündəndədir”.

Eldəniz Vəliyev dediklərinə görə, “Azəriqaz” Gəncə Cihazqayırma Zavodunun istehsal etdiyi sayğaclara ona görə üstünlük verib ki, ölkə başçısı yerli sahibkarlığın stimullaşdırılması ilə bağlı dövlət qurumlarına göstərişlər verir:

eldeniz eliyev

Eldəniz Vəliyev

“Azəriqaz” da yerli istehsalın stimullaşdırılmasını nəzərə alaraq, məhz Gəncə Cihazqayırma Zavodu Ilə əməkdaşlığa start verib. Bu isə “Azəriqaz”a böyük üstünlüklər verib. Üstünlüklərdən biri odur ki, İstehsalat Birliyi xaricdən idxal olunan cihazlarla bağlı yaşanacaq problemdə bu sayğacların təmirini həyata keçirə bilmirdi. Burada logistik məsələ çox böyük önəm daşıyır. Belə sayğacların ölkəyə qaytarılması, təmiri və yenidən istismara buraxılması böyük proses və maliyyə imkanlarına bağlanan məsələdir. Bu baxımdan Gəncə Cihazqayırma Zavodu ilə bir problem yaşanmır.

E.Vəliyev qeyd edib ki, bu, eyni zamanda ölkədən xaricə valyutanın çıxmasının qarşısını alır:

“Bu baxımdan da güman edirik ki, “Azəriqaz”ın Gəncə Cihazqayırma Zavodu ilə əməkdaşlığı çox böyük bir avantajdır. Eyni zamanda, Gəncə Cihazqayırma Zavodunda da xeyli sayda insanlar çalışır ki, bu da işsizlik probleminin aradan qaldırılmasına prioritet hesab olunur”.

Zaira Akifqızı
Globalinfo.az