yumurtalar

Almaniyada quş qripi səbəbindən toyuq yumurtası tükənib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.

“Böyük şəhərlərdə pərakəndə satıcılar artıq qalan yumurtanın qiymətini üç dəfə artırıblar – adətən 2-3 avrodan 8 avroya (təxminən 4-15 manat) qədər. Qiymət artımı səbəbindən sakinlər yumurta almaq üçün şəhərətrafı ərazilərə gedirlər”, – deyə bildirilib.

Yerli hakimiyyət orqanları yumurta tədarükünün bir həftə ərzində sabitləşəcəyini proqnozlaşdırırlar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: