Bu ölkədə soyuqdan ölənlərin sayı artdı

Əfqanıstanda davam edən anomal soyuq hava şəraiti səbəbindən ölənlərin sayı artıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onların sayı 157-yə çatıb.

Daha əvvəl bu rəqəm 104-ə bərabər idi.

Xatırladaq ki, Əfqanıstanda son vaxtlar ən soyuq qışlarından biri yaşanır. BMT-nin məlumatına görə, təxminən 30 milyon insanın (əhalinin təxminən üçdə ikisi) yardıma ehtiyacı var.