Bu ölkədə internet tamamilə kəsilib – Qarşıdurma davam edir

Sudanda davam edən qarşıdurmalar fonunda internet demək olar ki, tamamən kəsilib, ölkədə şəbəkə bağlantısı cəmi 2% təşkil edir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq internet monitorinq xidməti “NetBlocks” məlumat yayıb.

“Real vaxt rejimində şəbəkə məlumatları Sudanda demək olar ki, ümumi internetin bağlandığını göstərir”, – deyə bildirilib.