Bu ölkədə döyüşə getməyənlərə işgəncə verilir – VİDEO

Rusiyanın Saxa (Yakutiya) respublikasında yaralanmış və sağaldıqdan sonra Ukraynadakı müharibəyə qayıtmaq istəməyənlərə işgəncə verilir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ASTRA Teleqram kanalı məlumat paylaşıb.

Bildirilib ki, 28 hərbçi cəbhəyə qayıtmaqdan imtina etdiyi üçün istintaq təcridxanasında saxlanılır.

Onlar zorakılıq və işgəncələrə məruz qalıblar. Onlara tualetdən istifadə etmək qadağan edilib.