Yunanıstanda qadınlar könüllü olaraq hərbi xidmətə başlayıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə Yunanıstan dövlət televiziyası “ERT” məlumat yayıb.
“Bu il başlayan və qadınların könüllü olaraq hərbi xidmətə getməsinə imkan verən proqramın bir hissəsi olaraq, 72 qadın bu gün Yunanıstan Quru Qoşunlarında xidmətə başlayıb.
Ölkədə qadınlar üçün tətbiq edilən yeni könüllü hərbi xidmət proqramının iştirakçılarına bir sıra üstünlüklər təqdim olunacaq. Onlar dövlət qulluqçularının seçim imtahanında əlavə ballar qazanacaq, hərbi xidmət müddətləri isə ilkin xidmət dövrü kimi tanınacaq.
Bundan əlavə, universitet məzunları orduda tibb bacısı və ya inzibati vəzifələrə təyin oluna biləcək, həmçinin silahlı qüvvələrin təqdim etdiyi sosial müavinətlərdən yararlanmaq imkanı əldə edəcəklər”, – deyə bildirilib.
Könüllü əsgərlərin andiçmə mərasimi iyunun 26-da keçiriləcək.
Əliyar Xəlil
Globalinfo.az