Bu ölkədə COVID-19 pandemiyasının rəsmən bitdiyini elan edildi

Almaniya COVID-19 pandemiyası sona çatır.

Globalinfo.az xəbər verir ki, bu barədə Berlində fəaliyyət göstərən “Şarite” klinikasının virusologiya şöbəsinin müdiri, Almaniya Federal Hökumətinin Koronavirus Şurasının üzvü Kristian Drossen COVID-19 pandemiyasının artıq sona çatdığını bildirib.

O bildirib ki, bu qış koronavirusun ilk endemik dalğasını yaşayırlar. Bu isə pandemiyanın sona çatdığını göstərir:

“Qışın sonunda əhalidə COVID-19-a qarşı immunitet çox güclü və sabit olacaq. Ona görə də yayda virusun kütləvi şəkildə yayılma ehtimalı azdır”.