
Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Horta Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Globalinfo.az xəbər verir ki, məktubda deyilir:
“Milli bayramınız – 28 May – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə yaradılmasının qeyd olunduğu bu tarixi gün çətin dövrdə belə azadlıq, demokratiya və bərabərlik ideallarını cəsarətlə və inamla qorumağı bacaran xalqın mətanətini bütün dünyaya xatırladır.
Ötən onilliklər ərzində Azərbaycan tarixi yol keçərək bizi ruhlandıran yenidənqurma işləri ilə müasir, inkişaf etmiş bir dövlət qurmuş, suverenliyini bərpa etmişdir.
Ölkələrimiz arasındakı dostluğa görə Sizə minnətdarlığımızı çatdırır, siyasi əlaqələrin, eləcə də təhsil, mədəniyyət, enerji, davamlı inkişaf, çoxtərəfli dialoq sahələrində ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin davam etdirilməsi ilə bağlı niyyətimizi bir daha bildirirəm.
Zati-alinizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram”.
***
Keniya Prezidenti Uillyam Samoei Ruto Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Globalinfo.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Keniya Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Sizin simanızda Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırıram.
Keniya ilə Azərbaycan arasında son iyirmi ildə həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə inkişaf edən mehriban münasibətlər mövcuddur. Qarşılıqlı faydalı tərəfdaşlığımızın yeni sahələrində, o cümlədən ticarət və investisiyalar, təhsil, informasiya-kommunikasiya texnologiyaları, iqlim fəaliyyəti, enerji və digər istiqamətlərdə böyük potensial vardır. Ümidvaram ki, bu əlaqələr xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəkdir.
Fürsətsən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.