Beynəlxalq Futbol Federasiyası (FIFA) Nepal Futbol Assosiasiyasının (ANFA) üzvlüyünü müvəqqəti olaraq dayandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Himalayan Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, FIFA-nın bu qərarına ANFA-da keçirilən seçki prosesində ciddi pozuntuların aşkarlanması səbəb olub.
Qərardan sonra Nepal klubları və milli komandaları FIFA və “Asian Football Confederation” himayəsi altında keçirilən beynəlxalq turnirlərdə iştirak etmək hüququnu itiriblər.
Əliyar Xəlil
Globalinfo.az