Bu ölkə Britaniyadan ayrılmaq istəyir – Partiya sədrindən etiraf

Şotlandiya Milli Partiyasının (SNP) rəhbərliyi hesab edir ki, hazırda regionun Londondan müstəqilliyinə nail olmaq mümkün deyil.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bu fikri Şotlandiyanın “The Herald” qəzetinə müsahibəsində partiyanın sədri Mayk Rassel deyib.

“Düşünmürəm ki, müstəqillik indi əldə edilə bilər – biz hansısa koordinasiyalı kampaniya üzərində işləməliyik” – əsas məqsədi Böyük Britaniyadan ayrılmaq olan partiyanı təmsil edən siyasətçi deyib.

Eyni zamanda, Rassel SNP-nin daxil olduğu son qalmaqalların bu işi daha da çətinləşdirdiyini etiraf etsə də, bu məqsədin əldə edilə biləcəyinə inanmaqda davam edir.

“Partiya ilə əlaqəli olduğum 50 il ərzində bu, əlbəttə ki, hakimiyyətdə olduğumuz müddətdə gördüyüm ən dərin və ən mürəkkəb böhrandır” – Rassel deyib.

Qeyd edək ki, çərşənbə günü regionun keçmiş birinci naziri və SNP lideri Nikola Sturgeonun əri Peter Murella bu siyasi qüvvənin maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb. O, 11 saatdan çox polis bölməsində qalıb və heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb, lakin istintaq davam edir.