Bu obyektlərdə nöqsanlar aşkarlandı – SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 20 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən edib.

Bu barədə Gloalinfo.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 31 ticarət müəssisəsi və 10 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 20 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 13, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 12, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 4, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 2 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət obyektləri
1 “Səhər M” market Xətai rayonu, S.Həbibov küç., ev 62H Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2 “Nuray” market Quba rayonu, Zərdabi qəsəbəsi Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
3 “Mübariz” market Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
3.Ev şəraitində hazırlanan məhsulların satışı
4 “Təbriz” market Şamaxı şəhəri, N.Nərimanov küçəsi 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
5 “Planet” market Şamaxı şəhəri, N.Nərimanov küçəsi Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
6 “Dokta” aptek Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi ilə C.Cabbarlı küçəsinin kəsişməsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
7 Allahverdiyev Nizami Şahverdi oğluna məxsus mağaza Masallı şəhəri, 20 Yanvar küçəsi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
8 “Halal Ucuz” market Masallı şəhəri, 20 Yanvar küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
9 “Ucuz” market Masallı şəhəri, 20 Yanvar küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
10 “Əziz” market Masallı şəhəri, 20 Yanvar küçəsi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
11 “İlqar” market Masallı şəhəri, 20 Yanvar küçəsi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
12 “Tac” market Goranboy rayonu, Dəliməmmədli şəhəri Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
13 “Səma” market Goranboy rayonu, H.Əliyev prospekti 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
14 “Gülüstan” market Goranboy rayonu, Səfikürd kəndi Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
15 “Goranboy” market Goranboy rayonu, V.Bayramov küçəsi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
İctimai iaşə müəssisələri
16 “Faxralı White Pub” restoranı Xətai rayonu, M.Rüstəmov küç., ev 21 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
17 “All Dönər” restoranı Xətai rayonu, M.Rüstəmov küç., ev 7 Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
18 “Sherlock” pub Nizami rayonu, Ş.Mirzəyev küç., ev 65 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
19 “Pəncərə” kafesi Yasamal rayonu, A.Mirzəyev küç., ev 324G 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
20 “Papaq Lounge” Nəsimi rayonu, Vaqif pr.,

ev 53C

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Ev şəraitində hazırlanan məhsulların satışı