Bu müsəlman ölkəsinin qərarı İsraili təəccübləndirdi

Səudiyyə Ərəbistanı hakimiyyəti ABŞ-ni İsraillə münasibətlərin normallaşdırılması mövzusunda bütün müzakirələri dayandırdıqları barədə xəbərdar edib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, Ər-Riyad bu qərarı Benyamin Netanyahunun başçılıq etdiyi İsrail Nazirlər Kabinetinin fələstinlilərə qarşı münasibətinə görə verib.

Qeyd olunub ki, İsrail tərəfində Səudiyyə Ərəbistanının mövqeyi çaşqınlıq yaradıb.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-nin dövlət katibi Antoni Blinken İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına heç bir zəmanətin olmadığını bildirib.